Suriya türkmanları birləşdi: Vahid bayraq qaldırıldı - Foto
23.11.2018
Suriya türkmanları Çobanbəy şəhərində keçirilən konqresdə özlərinin vahid milli bayrağını təsis ediblər.
"Dövran Media" xəbər verir ki, konqresə Hələb, İdlib, Bayır-Bucaq, Rakka, Həma, Tartus, Dera və Dəməşqdən olan 250 nümayəndə qatılıb. Nümayəndələr sırasında Suriya Türkman Assambleyasının üzvləri, türkman şəhərlərindəki ağsaqqallar, türkman komandirlər, qeyri-hökumət təşkilatının üzvləri yer alıblar.
Yeni bayraq mavi, qırmızı və ağ rəngdən ibarətdir. Burada mavi rəngin türk kimliyini, ağ rəngin ümumbəşəri dəyərləri simvolizə etdiyi vurğulanıb. Qırmızı rəngli ay-ulduz isə şəhidlərə işarədir.