Britaniya müharibəyə baxmayaraq, Ukraynaya investor gətirməyin yolunu tapıb
08.06.2023
Böyük Britaniya, investisiya firmalarını, o cümlədən texnologiya, enerji və müdafiə şirkətlərini çox milyard dollarlıq yardımla Ukraynanın bərpasını dəstəkləməyə inandıracağına ümid etdiyi müharibə riskindən sığorta sxemi hazırlayır.
"DM" "Bloomberg"ə istinadən xəbər verir ki , Böyük Britaniya iyunun 21-22-də Londonda Ukraynanın Bərpa Konfransına ev sahibliyi edəcək.
Böyük Britaniya və Ukraynanın müttəfiqləri arasında görüş öncəsi müzakirələr hökumətlərin müharibə riskinin sığortası xərclərini öz üzərinə götürməsi yolu ilə sərmayələrin necə təşviq edilməsinə yönəlib.
Devran Media