Milli Məclisin deputatları ABŞ-a səfər edəcək, Konqresdə görüşlər keçirəcəklər
08.06.2023
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Nigar Arpadarai və Anatoliy Rafailov Birləşmiş Ştatların paytaxtı Vaşinqton şəhərinə səfər edəcəklər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Səfərdə millət vəkillərimiz ABŞ Konqresinin senatorları və deputatları ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
Səfər iyunun 17-də başa çatacaq.