Koçaryan və Sarkisyanın işlərini araşdıran prokurorların işdən çıxarıldıqları təsdiqlənib
08.06.2023
Ermənistanın ikinci və üçüncü prezidentlərinin işlərinin araşdırılmasında iştirak edən prokurorların vəzifələrindən azad edilmələri barədə xəbər təsdiqlənib.
"DM" "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğu onların istefa ərizəsini rəsmi olaraq təsdiqləyib.
Prokurorların istefa səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, bir müddət əvvəl eks-prezident Robert Koçaryanın işi ilə məşğul olan baş prokurorun müavini Gevorq Baqdasaryanın və prokuror Petros Petrosyanın, həmçinin Serj Sarkisyanın işinə nəzarət edən prokuror Arsen Martirosyanın istefa ərizələri yazdıqları bildirilmişdi.