Ərdoğan Kaxovka SES-lə bağlı komissiya yaratmağı təklif edib
07.06.2023
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, Ərdoğan danışıq zamanı Kaxovka bəndində baş verən partlayışın təfərrüatlı araşdırılması üçün Rusiya, Ukrayna, habelə BMT və Türkiyə ekspertlərinin iştirakı ilə komissiyanın yaradıla biləcəyini bildirib