Mikayıl Cabbarov Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb
07.06.2023
İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Yesaulenko ilə görüşüb.
O bu barədə "Twitter” hesabında paylaşım edib.
Bildirilib ki, səfirlə ölkələrimiz arasında mövcud əlaqələr, iqtisadi münasibətlərin inkişaf istiqamətləri, investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirələr aparılıb.