İrandan Naxçıvana 31 kq narkotik keçirilməsinin qarşısı alınıb
07.06.2023
İrandan Naxçıvana narkotik keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, iyun ayının 6-da saat 23:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Naxçıvan” əlahiddə sərhəd diviziyasının Ordubad rayonunun Kotam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmış və ümumi çəkisi 31 kiloqram narkotik vasitə aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.