Azərbaycan Dünya Bankı ilə investisiya layihələrinin icrasını müzakirə edib
07.06.2023
Azərbaycan və Dünya Bankı arasında investisiya layihələrinin icra vəziyyəti müzakirə edilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter”də bildirib.
"Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru xanım Rolande Prays ilə qurumla ölkəmizin əməkdaşlığının gündəliyində olan məsələləri nəzərdən keçirdik. Bunlar 2023-2028-ci illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsinin formalaşdırılması, ölkəmizlə Dünya Bankı arasında investisiya layihələrinin icra vəziyyəti və birgə təşəbbüslər üçün potensial imkanlardır”, - deyə o qeyd edib.