21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İsmayıllıda sel süni bəndləri yuyub: Zəruri tədbirlər görülür - YENİLƏNİB

07.06.2023

"Sel və daşqınlar İsmayıllıda çəkilən süni bəndləri yuyub. Lakin zəruri olan tədbirlər görülür”.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, İsmayıllı Suvarma Sistemləri İdarəsi gecə saatlarından ərazidə olub:

"Ötən gün axşam saat 19 radələrində və gecə saat 01:00-03:00 aralığında İsmayıllıya güclü sel gəlib. İdarənin texnikaları səhərə qədər ərazidə işləyib. Hər hansı ciddi fəsad baş verməyib. Lahıcda daha ciddi fəsadlar qeydə alınıb. Sinoptiklər ayın 9-na qədər qeyri-sabit hava şəraiti ilə bağlı elan veriblər. Bu səbəbdən qurum öz səlahiyyətləri çərçivəsində hazırlıqlıdır.

Bununla bağlı qabaqcadan sel təhlükəsi ilə bağlı idarələrə məlumat vermişik. Yaxınlıqda zəruri texnikalar gözləmə rejimindədir, canlı qüvvələr növbəli çalışır. Hər hansı sel gözlənilərsə bu zaman dərhal operativ şəkildə ərazidəki vəziyyətə müdaxilə ediləcək”.

09:46

Sel suları nəticəsində gecə saatlarında İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 5 nöqtəsində yolun hərəkət hissəsinə lil və qaya parçalarının tökülməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, agentliyin gecə boyu səhər saatlarına qədər apardığı təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolboyu avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

09:01

İsmayıllıda sel fəlakəti bir sıra fəsadlar törədib. 

"DM" xəbər verir ki, Lahıc yolu daşqınlar səbəbindən bağlanıb. 

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında faktı təsdiq edib. 
O bildirib ki, gecə saatlarından gələn sel və daşqınlar Lahıc yolunda hərəkəti məhdudlaşdırıb:

"Gecə saatlarından yol bağlanıb. Qurumun əməkdaşları məlumat daxil olan andan əraziyə göndəriliblər, orada işlər gedir. Lahıc yolunun bir neçə hissəsində iri qaya parçaları yola tökülüb. Əməkdaşlar həmin qayaların yoldan kənarlaşdırılması istiqamətində tədbirlər görürlər. Yaxın 1 saat ərzində Lahıc yolunda hərəkətin bərpa olunması gözlənilir”.

Əldə etdiyimiz məlumata görə, sel və daşqınlar səbəbindən İsmayıllı rayonunun bir hissəsində elektrik enerjisinin və qazın verilişində də problem yaranıb.