Ceyhun Bayramov Avstriyada dəyirmi masada iştirak edib
06.06.2023
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın sədrliyi altında ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib.
"DM" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında məlumat verilib.
Görüşdə ATƏT-in əməkdaşlıq gündəliyi və Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında səmərəli müzakirə aparılıb.