BDU-nun tələbəsi itkin düşdü
23.11.2018
Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin 3-cü kurs tələbəsi Ayza Məmmədovanın itkin düşməsi ilə bağlı məlumatlar yayılıb.
Bu barədə Axar.az-a danışan BDU-nun mətbuat katibi Pərvanə İbrahimova faktı təsdiqləyib.
"Ayza Şahin qızı Məmmədova Rusiya vətəndaşıdır. Aldığımız məlumata görə, tələbə iki gündür dərslərdə iştirak etmir”, - P.İbrahimova deyib.
Qeyd edək ki, Open.az-ın məlumatına görə, Bakı şəhər sakini, 1985-cü il təvəllüdlü Gülmira Əbilova Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət edərək, onunla eyni ünvanda müvəqqəti yaşayan, dayısı qızı, 1998-ci il təvəllüdlü Ayza Şahin qızı Məmmədovanın itkin düşdüyünü, noyabrın 22-də saat 08:00 radələrində BDU-ya getmək adı ilə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırmalara başlanılıb.