Türkiyə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası bu gün keçiriləcək - FOTO
06.06.2023
Bu gün Türkiyə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçiriləcək.
İclasa Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.
Prioritet mövzulardan iqtisadiyyatdakı son vəziyyət, inflyasiyanın birrəqəmli həddə endirilməsi üçün atılacaq addımlar, seçki dövründə evdar qadınlara pensiya, vergisiz telefon, faizsiz evlilik krediti kimi vədlərlə bağlı planlaşmanın müzakirə ediləcəyi gözlənilir.
Nazirlər Kabinetinin iclasında xarici siyasətlə bağlı digər mövzular, həmçinin də İsveçin NATO-ya üzvlük məsələsi müzakirə olunacaq.
Mənbə: TRT Haber