KİV: Koçaryan və Sarkisyanın işlərini araşdıran prokurorlar istefa ərizələri yazıblar
06.06.2023
Ermənistanın ikinci və üçüncü prezidentlərinin işlərinin araşdırılmasında iştirak edən prokurorlar tutduqları vəzifələrdən istefa ərizələri yazıblar.
"DM" xəbər verir ki, "Sputnik Ermənistan”nın mənbələri eks-prezident Robert Koçaryanın işi ilə məşğul olan baş prokurorun müavini Gevorq Baqdasaryanın və prokuror Petros Petrosyanın, həmçinin Serj Sarkisyanın işinə nəzarət edən prokuror Arsen Martirosyanın istefa verdiyini deyib.
Onların istefa səbəbləri barədə məlumat verilmir və məlumatın heç bir rəsmi təsdiqi yoxdur. Baş Prokurorluq hələ ki, məlumatı şərh etməyib.