Bu il Şuşada kulinariya günləri keçiriləcək
06.06.2023
Bu il Şuşada kulinariya günlərinin keçirilməsi nəzərdə tutulub.
"DM" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova "Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, həmçinin işğaldan azad olunmuş digər ərazilərdə də turizmin inkişafı istiqamətində işlər aparılır:
"Tuğda Qastronomiya Mərkəzinin açılması nəzərdə tutulur".