21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Səfir: “Rəsmi Təl-Əviv Bakını özü üçün etibarlı tərəfdaş kimi görür” - FOTO

06.06.2023

Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim İsrailin "The Jerusalem Post” qəzeti tərəfindən təşkil olunmuş beynəlxalq görüşdə fəxri qonaq qismində iştirak edib.

"Report”un ABŞ bürosu xəbər verir ki, İsrail Dövlətinin 75-ci ildönümünə həsr olunmuş konfransda ABŞ-nin yüksək səviyyəli rəsmiləri, konqresmenlər, dünyanın müxtəlif ölkələrinin ABŞ-dəki səfirləri və diplomatları, İsrailin iqtisadiyyat naziri Nir Barkat, innovasiya, elm və texnologiyalar naziri Ofir Akunis, müxtəlif sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlər və Birləşmiş Ştatların qabaqcıl media orqanlarının təmsilçiləri iştirak ediblər.

Xəzər İbrahim çıxışında bildirib ki, Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var:

"Bu əlaqələr yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi-mədəni köklərə dayanır. Yəhudilərin ən çox uyğunlaşdığı ölkələrdən biri məhz Azərbaycandır. Əsrlər boyudur ki, Azərbaycanda yaşayan yəhudi icması özünü bu xalqın, cəmiyyətin ayrılmaz tərkib hissəsi hesab edir, ölkə həyatının bütün sahələrində fəal iştirak edir”.

Hər iki ölkənin regionlarında məsuliyyətli beynəlxalq aktorlar olduğunu deyən X.İbrahim Azərbaycan və İsrail arasında son onillikdə daha da güclənən əlaqələrdən danışıb:

"Ötən müddət ərzində Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında müxtəlif sahələrdə (su, kənd təsərrüfatı, infrastruktur, texnologiya, energetika) əməkdaşlıq haqqında çoxsaylı sənədlər imzalanıb. Martın 29-da Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılmasi ilə diplomatik əlaqələr daha da dərinləşdi. Rəsmi Təl-Əviv Bakını özü üçün etibarlı tərəfdaş kimi görür. İsrail Prezidenti İsxak Hersoqun Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana son səfəri isə hər iki ölkənin liderlərinin dost və qardaş münasibətinin təzahürü oldu”.
X.İbrahim bildirib ki, Bakı hazırda təkcə İsraili deyil, həm də Avropa İttifaqının enerji tədarükçüsüdür:

"Hesablamalara görə, 2027-ci ilə qədər Azərbaycan bu təbii qaz ixracını iki dəfə artıra bilər. Bununla yanaşı Azərbaycan bərpa olunan enerji üzərində işləyir ki, bura külək və günəş enerjisinə sərmayə daxildir. Azərbaycan Gürcüstan ərazisindən Qara dənizin altı ilə Rumıniya və Macarıstana keçəcək elektrik enerjisi üçün dənizaltı kabel hazırlayır”.

Diplomat eyni zamanda iki ölkə arasında gələcəyə dair planlaşdırılan layihələrdən də bəhs edib.

Tədbir çərçivəsində səfir, həmçinin İsrailin iqtisadiyyat naziri Nir Barkat, İsrailin bərpa olunan enerji mənbələri sahəsində fəaliyyət göstərən "Nofar Energy” şirkətinin rəhbəri Ofer Yannay və "US News & World Report”un (USNWR) icraçı direktoru Erik C.Gertler ilə ikitərəfli görüşlər keçirib.