Bu rayonlarda direktor vəzifələri boşdur - SİYAHI
23.11.2018
Təhsil Nazirliyi ölkə üzrə ən çox vakant orta məktəb direktoru vəzifəsinin hansı ərazilərdə olduğunu açıqlayıb.
"Dövran Media" xəbər verir ki, Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə bildirib ki, bu il keçirilən direktorların işə qəbulu müsabiqəsinə ümumilikdə 604 vakant yer təqdim edilib.
Ölkə üzrə ən çox vakant direktor yerləri 35 yer olmaqla, Cəlilabad rayonu üzrədir. Bu sıralamada daha sonra Goranboy, Quba, Lerik yer alır.
Ən az direktor vəzifəsi vakansiyası isə 1 yer olmaqla, Xızı rayonundadır.
Bakı şəhəri üzrə 11, Sumqayıt şəhəri üzrə 10, Abşeron rayonu üzrə 4, Gəncə rayonu üzrə isə 2 vakant yer elan edilib.
M.Camalzadə hesab edir ki, 604 vakant yerin hamısının bu müsabiqədə tutulacağı gözlənilmir.