Vatikanın sülh missiyası Kiyevə yola düşüb
05.06.2023
Vatikanın nümayəndə heyəti Ukraynada mümkün sülh planlarını dinləmək məqsədilə Ukraynaya yola düşüb.
"DM" "Reuters"ə istinadən xəbər verir ki, italiyalı kardinal Matteo Zuppi Papa Frensisin tapşırığı ilə Ukraynada müharibəyə son verilməsinə yardım etmək məqsədilə sülh missiyası ilə Kiyevə yola düşüb.
Məlumata görə, Vatikan nümayəndə heyəti iki günlük səfər çərçivəsində hökumət rəsmiləri ilə görüşlər keçirəcək, mümkün sülh yolları ilə bağlı Kiyev rəsmilərini dinləyəcək, həmçinin gərginliyin azaldılmasına yardım edən humanitar jestləri dəstəkləyəcək.