Roma Papasının nümayəndəsi bu gün Kiyevə səfər edəcək
05.06.2023
Roma Papasının nümayəndəsi Matteo Cuppi böhranı həll etmək üçün bu gün Ukrayna paytaxtına səfər edəcək.
Bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti xəbər yayıb.
"Bolonya arxiyepiskopu, kardinal Matteo Mariya Cuppi Roma Papası Fransiskin nümayəndəsi kimi iyunun 5-6-da Kiyevə səfər edəcək. Bu təşəbbüsün məqsədi ədalətli sülhə nail olmağın mümkün yolları barədə Ukrayna hakimiyyətini diqqətlə dinləmək və gərginliyin azaldılmasına töhfə verən humanitar səyləri dəstəkləməkdir”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, aprel ayında Roma Papası Vatikanın Rusiya ilə Ukrayna arasında münaqişəni dayandırmağa çalışmaq üçün sülhməramlı missiyada iştirak etdiyini açıqlayıb.
Mənbə: Slovoidilo.ua