ABŞ: Avropanı qorumaq üçün onmilyardlar xərcləyirik
23.11.2018
Avropa ordusu ideyası bizim üçün çox həssas mövzudur.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın AB-dəki Daimi Nümayəndəliyinin rəhbəri Qordon Sandland deyib.
"Biz ABŞ seçicilərini hər il ABŞ-ın öz problemlərinin olmasına rəğmən niyə Avropanı Rusiya və digər dost ölkələrdən qorumaq üçün onmilyardlarla dollar ayırmağımız gərəkdiyinə inandırmağa çalışırıq. Halbuki bu pullar ABŞ-ın öz daxili ehtiyacları üçün də xərclənə bilərdi. AB-nin bu təhdidlərin öhdəsindən öz ordusuyla gələ biləcəyinə qərar verməsi vəziyyəti çətinləşdirir.
Avropada iki fərqli mövqe var. Bəziləri problemləri kiçik toqquşmalarla həll etməyə, digərləri isə kəşfiyyat və tam formalaşmış silahlı qüvvələr yaratmaqla həll etmək istəyirlər.
Vaşinqton NATO-nu maliyyələşdirir. Əgər AB muxtariyyət və özünümüdafiə imkanları istəyirsə, o zaman bunu NATO-nun icazəsiylə etməlidir. AB ordusunun NATO-nu əvəz edəcəyinə yox, onu tamamlayacağına inanırıq”, – deyə o bildirib.