Ben Uolles : Ukrayna SQ bu il Krımı işğaldan azad edə bilər
02.06.2023
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles hesab edir ki, Ukrayna Silahlı Qüvvələri bu il Krımı işğaldan azad edə bilər.
Bu barədə o, "The Washington Post" qəzetinə müsahibəsində qeyd edib.
Nazir bildirib ki, Putin yəqin ki, Rusiya Federasiyasının üzləşdiyi problemlərin miqyasını dərk etmir, hələ də Ukraynanı məğlub etmək imkanlarına inanır. Nazirin sözlərinə görə, Putin son çöküş anına qədər canlı qüvvəsini döyüşə salmağa davam edəcək.
Rusiya qoşunlarının lazımi ləvazimatlarının tükəndiyi bir vaxtda Ben Uolles Ukrayna Silahlı Qüvvələrinin bu il Krımı işğaldan azad edə biləcəyinə əminliyini ifadə edib. O, NATO ölkələrinin Rusiya Federasiyasının məğlubiyyətindən sonra istənilən ssenariyə hazır olmasının lazım olduğunu da əlavə edib.