Azərbaycan üzərində qələbəyə görə 500 min avro mükafat
22.11.2018
Kosovo hökuməti milli komandanın UEFA Millətlər Liqasındakı uğurlu çıxışına biganə qalmayıb.
"Dövran Media" xəbər verir ki, ölkə rəhbərliyi son turda yığmamızı məğlub edərək, adını pley-offa yazdıran komandanı mükafatlandırıb. Qazanılan uğurlu nəticəyə görə, milliyə 500 min avro mükafat verilib.
Qeyd edək ki, son oyunda millimizi 4:0 hesabı ilə məğlub edən Kosovo qrupu ilk pillədə tamamlayaraq, C liqasına vəsiqə qazanıb.