Blinken: Moskva Avropada itirdiyi enerji bazarına geri qayıda bilməyəcək
02.06.2023
Keçən 10 illik ərzində Moskva Avropanın Rusiya neftindən və qazından asılılığını dərinləşdirmək üzərində işlədi. Ancaq Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayan kimi Avropa Rusiya enerji resurslarından sürətlə və qətiyyətli bir şəkildə üz döndərdi.
"DM" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Helsinkidə finlandiyalı siyasi ekspertlərin qarşısında Ukrayna müharibəsi mövzusunda çıxış edərkən deyib.
"Berlin "Şimal Axını"nı dayandırdı. Müharibədən əvvəl Avropa qazının 37 faizi Rusiyadan idxal olunurdu, lakin bir ildən az müddətdə Avropa bu idxalı yarıdan çox endirdi. 2022-ci ildə Avropa enerjisinin beşdə birini günəş və küləkdən emal etdi”, - o qeyd edib.
Blinkenin sözlərinə görə, ABŞ Avropadakı tərəfdaşları üçün idxal etdiyi qazın həcmini iki dəfə artırıb: "Bizim Asiyadakı tərəfdaşlarımız Koreya və Yaponiya da Avropaya qaz ixracını artırdı. G7 səviyyəsində qəbul etdiyimiz neftin qiyməti ilə bağlı hədd beynəlxalq bazarda Rusiya neftinin qiymətini aşağı saldı və bu, Rusiyanın gəlirlərini azaltdı. İşğaldan bir il keçməmiş Rusiyanın neft satışından gəliri 43 faizə qədər azaldı və ən əsası Moskva Avropada itirdiyi bazara geri qayıda bilməyəcək”, - Blinken vurğulayıb.