İşğaldan azad olunmuş ərazilərdə çalışan mütəxəssislərə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb
02.06.2023
"İşğaldan azad olunmuş ərazilərdə çalışan mütəxəssislərə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb”.
"DM"-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Onun sözlərinə görə, bu ayın sonunda statistik məlumatlar açıqlanacaq.
Qeyd edək ki, həmin şəxslərə ödənilən birdəfəlik ödənişin məbləği 600 manatdır.