Ceyhun Mirzəyev xalq artistinə evlilik təklif edibmiş
22.11.2018
Xalq artisti, kinoaktrisa Elmira Şabanova gəncliyində həmkarı tərəfindən evlilik təklifi aldığını etiraf edib.
"Dövran Media" xəbər verir ki, aktrisa bildirib ki, mərhum aktyor-rejissor Ceyhun Mirzəyev hətta ona nişanlısından ayrılmasını təklif edib:
"Nabranda çəkilişdəyik, həmin ərəfədə gələcək həyat yoldaşım Rüfət Şabanov mənə evlilik təklif etmişdi, nişanlıydıq. Ceyhun da qızların sevimlisi idi, hamı onun başına yığışırdı. Dedi ki, Rüfətlə evlənmə, o qocadır, beş il gözlə, mənimlə evlən. Sonra biz Rüfətlə evləndik və o bir müddət mənə kinoya çəkilməyə icazə vermədi".
Qeyd edək ki, C.Mirzəyev "Ögey ana" filmində və rejissoru olduğu "Fəryad" filmində İsmayıl obrazını canlandırıb.