Rusiyanın Ukraynadakı müharibədə itkiləri AÇIQLANIB
02.06.2023
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 208 910 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 819 tank, 7 490 zirehli maşın, 3 501 artilleriya sistemi, 575 reaktiv yaylım atəşi sistemi, 335 hava hücumundan müdafiə sistemi, 313 təyyarə, 298 helikopter, 3 137 PUA, 1 117 qanadlı raket, 18 gəmi/qayıq, 6 267 avtomobil texnikası və avtosistern, 465 xüsusi texnikadan ibarətdir.