YSK Ərdoğanın mandat sənədini Mustafa Şentopa təqdim edib
01.06.2023
Yüksək Seçki Şurasının (YSK) sədri Əhməd Yenər mayın 28-də Prezident seçilən Rəcəb Tayyib Ərdoğanın mandat sənədini Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa təqdim edib.
"DM"-nın verdiyi xəbərə görə, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
M. Şentop sənədin andiçmə mərasiminə qədər müvəqqəti Məclis sədri tərəfindən prezidentə təqdim ediləcəyini qeyd edib.