Mikayıl Cabbarov Emma Nikolson ilə gündəlikdəki məsələləri nəzərdən keçirib
01.06.2023
İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım baronessa Emma Nikolson ilə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri nəzərdən keçirib.
Bu barədə məlumatı nazir öz rəsmi "Facebook” səhifəsində paylaşıb.
M.Cabbarov qeyd edib ki, gündəlikdə olan məsələlərə energetika sahəsində reallaşdırılan layihələr, İqtisadiyyat Nazirliyi ilə Britaniyanın Azərbaycanda Ticarət Palatası arasında işçi qrupunun yaradılması və ölkələrimiz arasında ticarət və iqtisadi əməkdaşlıq imkanları daxildir.