Baş nazir: Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir
01.06.2023
Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir.
"DM" "Sputnik”in Gürcüstan bürosuna istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Qaribaşvili "Avropa siyasi birliyi”nin sammiti öncəsi keçirdiyi brifinqdə jurnalistlərə deyib.
Gürcüstan hökumət başçısı qeyd edib ki, belə təmaslar həm bu ölkələrin, həm də bütün regionun maraqlarına cavab verir:
"Gürcüstan 44 günlük müharibədən sonra İrəvanla Bakı arasındakı təmaslarda vasitəçi kimi çıxış etdi. Tiflisin mövqeyi və rolu regionda sabitliyin və sülhün möhkəmləndirilməsi kontekstində neytral və qərəzsizdir”, - Qaribaşvili vurğulayıb.