21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Braziliyanın keçmiş prezidenti azadlıqdan məhrum edilib

01.06.2023

Braziliyanın keçmiş Prezidenti Fernando Kolor di Melu 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

O, korrupsiyada və çirkli pulların yuyulmasında ittiham olunur.  

Ölkənin 73 yaşlı eks-lideri "Petrobras” dövlət neft şirkətinin törəmə müəssisəsindən təxminən 30 milyon real (təxminən 6 milyon dollar) dəyərində rüşvət almaqda təqsirli bilinib. Di Melunun vəkilləri onun təqsirsiz olduğunu iddia edirlər və bəraət alacağına əmindirlər. Müdafiə tərəfi artıq iki apelyasiya şikayəti verib.

Xatırladaq ki, Fernando Kolor di Melu 1990-1992-ci illərdə Braziliyanın prezidenti olub. Parlamentin ona qarşı impiçment qərarından sonra istefa verib.

Braziliyanın hazırkı Prezidenti Luis İnasiu Lula da Silva da 2017-ci ildə korrupsiyada və çirkli pulların yuyulmasında təqsirli bilinərək 9,5 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan həbs müddəti 12 il bir aya qədər artırılıb. Siyasətçi bütün bu müddət ərzində məhkəmənin apellyasiya qərarına qədər azadlıqda qalmaq hüququndan istifadə edib. 19 ay həbsdə yatdıqdan sonra Lula 2019-cu ilin noyabrında azadlığa çıxıb, 2021-ci ilin martında isə Braziliya Federal Ali Məhkəməsi ona qarşı irəli sürülən bütün ittihamları ləğv edib.

Mənbə: "Reuters”