21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Macarıstanın "MOL" şirkətinin Azərbaycana sərmayələri 2 mlrd. dollara çatıb

01.06.2023

Macarıstanın "MOL" şirkətinin Azərbaycana sərmayələri 2 milyard dollar təşkil edib.

"DM" xəbər verir ki, bunu 28-ci Bakı Enerji Forumu zamanı "MOL Group"un icraçı vitse-prezidenti Jombor Marton bildirib.

"Azərbaycandakı fəaliyyətinin son 3 ili ərzində "MOL"un bu ölkəyə sərmayələri əsasən neft-qaz sektoruna 2 milyard dollar təşkil edib. "Azəri-Çıraq-Günəşl" layihəsi bizim üçün çeviklik və sabitlik, qanunvericiliyin sabitliyi və əməkdaşlığıdır... Biz mövcud layihələr (AÇG və Bakı-Tbilisi-Ceyhan neft kəməri - red.) çərçivəsində SOCAR-la əməkdaşlığı genişləndirməkdə maraqlıyıq, eləcə də digər layihələr çərçivəsində. Biz uzunmüddətli əməkdaşlığa ümidliyik”, - Jombor Marton qeyd edib.

O, həmçinin bildirib ki, AÇG layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlıq "MOL"un Mərkəzi Avropadakı neft emalı zavodları üçün xammal axtarışında şirkətə çevik siyasət yürütməyə imkan verib.

"Bizim emal zavodlarımız bu gün hansı nefti emal edəcəyini, o cümlədən yüksək keyfiyyətli Azərbaycan neftini seçə bilər. Slovakiyadakı neft emalı zavodumuz emal üçün xammal kimi Rusiya neftindən istifadə edirdi. İndi biz bu müəssisə və Mərkəzi Avropada ümumi gücü 14 milyon ton olan digər emal zavodlarımız üçün Azərbaycandan neft idxal edirik. Bu, bizim Slovakiyadaki neft emalı zavodumuza bir təchizatçıdan asılılığı azaltmağa imkan verdi”, - deyə Jombor Marton bildirib.