Ermənilərin Şuşa və Xocavənd istiqamətində döyüş mövqelərinə təminat yolu çəkmələrinin qarşısı alınıb
01.06.2023
Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa və Xocavənd rayonları istiqamətində döyüş mövqelərinə təminat yolunun çəkilməsi məqsədilə torpaq yolda genişləndirmə və təmir-bərpa işləri görməyə cəhd ediblər.
"DM" xəbər verir ki, bu barədə MN-in yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.