İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının keçirildiyi məkana gəlib
01.06.2023
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kişineuda "Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının keçirildiyi məkana gəlib.
"DM" xəbər verir ki, Azərbaycanın dövlət başçısını Moldovanın Prezidenti Maya Sandu qarşılayıb.
Qeyd edək ki, tədbir Kişineudan 35 kilometr aralıda yerləşən Bulboaka kəndindəki Mimi qəsrində keçirilir.
Builki Zirvə toplantısında ümumilikdə 47 ölkədən dövlət və hökumət başçıları iştirak edirlər.