Zakir Həsənov: Müdafiə xərcləri üçün ayrılan1 milyard manat yeni müasir silah alınmasına imkan verəcək
01.06.2023
Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizlik tədbirlərinin daha da artırılması üçün 1 milyard 105 milyon manat ayrılıb.
"DM" xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
"O cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat əlavə edilməsi Orduda aparılan islahatlar çərçivəsində yeni müasir silah və hərbi texnikanın alınmasına imkan verəcəkdir”, - nazir əlavə edib.