Abel Məhərrəmov BDU-da kafedra rəhbəridir
22.11.2018
"Dövran Media" Unikal.org-a istinadən xəbər verir ki, rektor vəzifəsindən azad olunan Abel Məhərrəmov öz kabinetini "Üzvi kimya" kafedrasına köçürüb. Buna səbəb isə Abel Məmmədəli oğlu Məhərrəmovun 2002-ci ildən "Üzvi kimya" kafedrasının rəhbəri olmasıdır.
Məsələ ilə bağlı danışan BDU-nun mətbuat katibi Pərvanə İbrahimova bildirib ki, akademik Abel Məhərrəmov hazırda "Üzvi kimya" kafedrasının rəhbəri kimi BDU-da öz fəaliyyətini davam etdirir.