Latviyanın xarici işlər naziri prezident seçilib
31.05.2023
Latviya Seymi (parlamenti) hazırkı xarici işlər naziri Edqars Rinkeviçsi ölkə prezidenti seçib.
"DM" xəbər verir ki, bu barədə Latviya Seymi rəsmi saytında məlumat yayıb.
"Latviya Seymi Edqars Rinkeviçsi prezident seçdi. Seçkilərin üçüncü turunda Rinkeviçin namizədliyini 52 deputat dəstəkləyib, 35 deputat isə əleyhinə olub”, - məlumatda deyilir.