21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Almaniya Rusiyanın ölkə ərazisindəki 5 konsulluğundan dördünün fəaliyyət icazəsini ləğv edib.

31.05.2023

Almaniya Rusiyanın ölkə ərazisindəki 5 konsulluğundan dördünün fəaliyyət icazəsini ləğv edib.

"DM" AP-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu addım Rusiya tərəfinə cavab olaraq atılıb.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger jurnalistlərə bildirib ki, bu addım iki ölkə arasında "kadrlar və strukturlar arasında paritet” yaratmaq məqsədi daşıyır.

Qeyd edək ki, Rusiya hökuməti bu yaxınlarda bildirib ki, maksimum 350-yə qədər alman dövlət məmuru, o cümlədən mədəniyyət müəssisələrində və məktəblərdə çalışanlar Rusiyada qala bilər.

Burger onu da bildirib ki, Almaniya noyabr ayına qədər Rusiyadakı üç konsulluğunu da bağlamalı olacaq. Onun sözlərinə görə, Rusiyanın Berlindəki səfirliyinin və ilin sonundan sonra yalnız bir konsulluğunun fəaliyyətini davam etdirməsinə icazə veriləcək.