Britaniya Baş nazirinin ticarət elçisi Bakı Enerji Həftəsində iştirak edir
31.05.2023
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Bakı Enerji Həftəsinin (Baku Energy Week) açılış mərasimində iştirak edib.
"DM" xəbər verir ki, bu barədə Böyük Britaniyanın ölkəmizdəki səfirliyi "Twitter"də bildirib.
Qeyd olunub ki, Baronessa Nikolson çıxışı zamanı Böyük Britaniyanın Baş naziri Rişi Sunakın tədbirlə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubu oxuyub.