KİV: Hakan Fidan Türkiyənin vitse-prezidenti postuna gələ bilər
31.05.2023
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri Hakan Fidan ölkənin vitse-prezidenti postuna gələ bilər.
"DM" xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet” nəşri yazıb.
Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 iyun tarixində parlamentdə and içdikdən sonra yeni hökuməti elan edəcək.
Nəşrin yazdığına əsasən, Nazirlər Kabinetinin tərkibi demək olar ki, tamamilə yenilənəcək, xarici işlər və müdafiə nazirləri Mövlud Çavuşoğlu və Hulusi Akar öz postlarını saxlaya bilərlər.
MİT rəhbəri Hakan Fidan isə nazir postuna təyin oluna və ya təhlükəsizlik məsələləri üzrə vitse-prezident vəzifəsini icra edə bilər.