Aİ Əliyev, Paşinyan, Makron, Şolts və Mişelin “böyük görüşü”nü hazırlayır
30.05.2023
Avropa İttifaqı (Aİ) mayın 31-də Kişineuda keçiriləcək Avropa Siyasi Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və Aİ Şurasının Prezidenti Şarl Mişel arasında "böyük görüş” hazırlayır.
Bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.
"Ermənistan və Azərbaycan liderləri ilə görüşün keçiriləcəyini təsdiq edə bilərəm. Sabah Prezident Makron və Kansler Şoltsla birgə böyük görüş olacaq. Bizim üçün böyük əhəmiyyət kəsb edən bu görüşü böyük səylə hazırlayırıq”, - deyə o bildirib.
Diplomat görüşün təfərrüatı və proqramını dəqiqləşdirməyib, yalnız onun Avropa Siyasi Sammiti çərçivəsində keçiriləcəyini vurğulayıb.
Mənbə: TASS