Azərbaycanda sadələşdirilmiş vergi üzrə proqnoz artırılır
30.05.2023
Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 325 milyon manatı sadələşdirilmiş vergi üzrə daxilolmaların payına düşəcək.
"DM" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 16,7 % çoxdur.
Xatırladaq ki, dəyişikliklə bu il büdcə gəlirlərinin 33 milyard 779,5 milyon manat, büdcə xərclərinin isə 36 milyard 568,8 milyon manat olacağı gözlənilir.