Rəsmi Kiyevdən Moskvaya PUA hücumlarına istehzalı reaksiya
30.05.2023
Mayın 30-da Rusiyanın paytaxtı Moskva PUA hücumlarına məruz qalıb.
Ukrayna Prezidenti Ofisinin müşaviri Mixailo Podolyak bununla bağlı açıqlama verərək bildirib ki, Kiyevin Moskvaya hücumla birbaşa əlaqəsi yoxdur. O, həmçinin istehza ilə deyib:
"Bəlkə də, dronların hamısı Ukraynaya hücum etməyə hazır deyil və yaradıcılarının yanına qayıdırlar ki, soruşsunlar: "Niyə bizi mülki şəxslərə hücum etməyə göndərirsiniz?”
Həmçinin, o qeyd edib ki, "terrorçu dövlətin rəhbərliyi Ukraynada törədilən bütün cinayətlərin maksimum əvəzini mütləq ödəyəcək”.
Xatırladaq ki, Moskva ilk dəfə olaraq dronların kütləvi hücumuna məruz qalıb.
Mənbə: Obozrevatel