MM Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklikləri qəbul edib
30.05.2023
Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
"DM" xəbər verir ki, qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Layihədə Şəhərsalma və Tikinti Məcəlləsinə bir sıra mühüm dəyişiklik nəzərdə tutulur.