21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ailə Məcəlləsinə dəyişikliklər parlamentdə qəbul edilib

30.05.2023

Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

"DM" xəbər verir ki, dəyişikliklər layihəsində himayədar ailənin yaranmasına və himayədar valideynlərə dair yeni tələblər, himayədar valideynlərin hüquq və vəzifələri, uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin hansı hallarda ləğv ediləcəyi, valideyn himayəsindən məhrum olan uşaqlara dair yeni prosedur müəyyənləşir, valideynlik hüquqlarının məhdudlaşdırılması halları sərtləşdirilir, övladlığa götürmə qaydası təkmilləşdirilir, himayədar ailəyə verilən uşağın monitorinqinin aparılması, fərdi inkişaf planının hazırlanması, ailəsinə qaytarılmış uşaqların həyatı üçün birbaşa təhlükə aşkarlandıqda prokurora məlumat verilməsi, himayədar ailələrə verilmiş uşaqların və himayədar ailələrin elektron qeydiyyatının aparılması, 7 yaşı tamam olmuş uşağın himayədar ailəyə verilməsi zamanı fikrinin öyrənilməsi və s. nəzərdə tutulur.

Ailə Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib