Bayden: Ərdoğandan bunu istədim
30.05.2023
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığımda Ankaranın İsveçin NATO-ya üzv olmasına etirazından əl çəkməsi istəyimi çatdırdım.
"DM" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden jurnalistlərə açıqlamasında deyib.
"Ərdoğanla danışaraq onu təbrik etdim. O, hələ də F-16 üzərində işləmək istəyir. Mən ona dedim ki, biz İsveçin NATO-ya daxil olmasını istəyirik, gəlin bunu edək. Biz yenidən bir-birimizlə əlaqə saxlayıb bu barədə danışacağıq”, - Bayden bildirib.
Qeyd edək ki, Ərdoğan yenidən prezident seçildikdən sonra Bayden təbrik üçün zəng edib.