Rusiya paytaxtında peyk naviqasiya siqnalları söndürülüb, “Tayfun” planı elan edilib- VİDEO
30.05.2023
Rusiya paytaxtında polis dron hücumu ilə əlaqədar "Tayfun” planı elan edib. Bu, texnogen ("Tayfun-1”) və təbii ("Tayfun-2”) fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən personala polis yardımının lazım olması deməkdir.
Plan kadrların toplanışını nəzərdə tutur.
Həmçinin, dronların hücumu ilə əlaqədar Moskvada peyk naviqasiya siqnalları söndürülüb. Taksi sürücüləri və sürücüləri GPS-in nasazlığından şikayətlənirlər.
Xatırladaq ki, mayın 30-da səhər saatlarında pilotsuz uçuş aparatlarının Moskvaya hücumu olub. Son məlumatlara görə, paytaxtda üç evə zərər dəyib. Əvvəlcə Novomoskovski dairəsində çoxmərtəbəli binada partlayış olub. Daha sonra Profsoyuznaya küçəsindəki yaşayış binasına çırpılan pilotsuz təyyarə 16-cı mərtəbədəki mənzilin pəncərəsinə dəyib. Daha sonra Lenin prospektindəki evə ziyan dəydiyi məlum olub.
Bundan əlavə, Rublyovka və Novaya Riqa üzərində pilotsuz uçuş aparatları məhv edilib.
Şəhərin tibbi xidmətlərindən verilən məlumata görə, hazırda PUA-ların çırpıldığı evlərin sakinlərindən heç biri ciddi xəsarət almayıb. İki nəfər həkimə müraciət edib. Heç kimin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb, yerindəcə lazımi köməklik göstərilib. Həmçinin, hadisə yerində təcili yardım xidmətləri və bir neçə təcili yardım briqadası işlərini davam etdirir.
Mənbə: "Mash” "Telegram” kanalı