Tvitter Fransada qadağan oluna bilər
29.05.2023
Tvitter Fransa qanunvericiliyinə əməl etməsə, ölkədə qadağan oluna bilər.
"DM" xəbər verir ki, bunu Fransanın rəqəmsallaşma və telekommunikasiya naziri Jan-Noel Barrot deyib.
"Tvitter ictimai müzakirələrdə mühüm rol oynayır. Ancaq Tvitter kimi sosial şəbəkənin dezinformasiya məlumatlarını yayaraq, Fransa demokratiyasına təsir göstərmə riskinə də göz yuma bilmərik”, - nazir vurğulayıb.