Türkiyədə zəlzələ - sakinlər təşvişə düşdü
22.11.2018
Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda zəlzələ baş verib. Trend-in məlumatına görə, yeraltı təkanların gücü 4,1 bal olub.
Məlumata görə, zəlzələ səhər saatlarında, yerli vaxtla 08:50-də baş verib. Zəlzələnin dərinliyi 6,91 km olub.
Zəlzələ nəticəsində ciddi dağıntı və insan tələfatı olmasa da, yerli sakinlərin təşvişə düşərək evlrini tərk etdikləri bildirilir.