SEPAH-dan Ağ Evə: ABŞ bazalarını vurmaq gücündəyik
22.11.2018
İran ABŞ-ın hərbi bazalarına zərbə endirə bilər.
"Dövran Media" xəbər verir ki, bu iddianı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin rəhbəri Əmirəli Hacızadə deyib. Onun sözlərinə görə, ABŞ-ın Əfqanıstan, BƏƏ, Qətərdəki bazaları, o cümlədən Fars körfəzindəki təyyarədaşıyan gəmiləri İran raketlərinin hədəfində yerləşir.
O, ABŞ-ın İrana qarşı addım atacağı halda onlara zərbə endiriləcəyini bildirib. Hacızadə həmçinin SEPAH-ın öz raketlərinin dəqiqliyini artırdığını vurğulayıb.