Zelenskidən İrana qarşı 50 illik sanksiyalar təklifi
29.05.2023
Ukrayna prezidenti Volodimir Zelenski İrana qarşı 50 il müddətinə sanksiyalar tətbiq etməyi təklif edib.
O, müvafiq layihəni Ali Radaya təqdim edib.
Qətnamə layihəsində Milli Təhlükəsizlik və Müdafiə Şurasının "İran İslam Respublikasına qarşı sahələr üzrə xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında” qərarının təsdiqindən bəhs edilir.
Sənədə əsasən, İrana qarşı sanksiyalar 50 il müddətinə tətbiq olunur. Məhdudiyyətlər aşağıdakılardan ibarət olacaq:
- Ticarət əməliyyatlarına tam qadağa;
- Resursların tranzitinin dayandırılması;
- Ukrayna ərazisinə uçuşlar və nəqliyyatın hərəkətinin dayandırılması;
- İranlılar tərəfindən kapitalın çıxarılmasının qarşısının alınması;
- İrana Ukraynaya investisiya qoyuluşunu qadağan etmək;
- Texnologiyaların, əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların ötürülməsini qadağan etmək;
- İran sakinləri tərəfindən buraxılan elektron ödəniş vasitələrini dayandırmaq;
- Ukrayna Milli Bankına İran tərəfindən idarə olunan beynəlxalq ödəniş sistemini qeydiyyatdan keçirməyi qadağan etmək.
Layihəyə əsasən, sanksiyaların icrasına Nazirlər Kabineti, Ukrayna Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Milli Bank və digər dövlət qurumları nəzarət edəcək.
Mənbə: rbc.ua