Əskipara kəndi Bakının nəzarətinə qayıdır
26.05.2023
Azərbaycanın tarixi Əskipara kəndi Bakının yurisdiksiyasına qayıdır.
"DM" xəbər verir ki, bunu "Mülki müqavilə” fraksiyasından olan erməni deputat Tsovinar Vardanyan deyib.
"Azərbaycan və Ermənistan liderlərinin dünən Moskvada Rusiyanın vasitəçiliyi ilə konkret olaraq nə barədə razılığa gəldiklərini bilmirəm, lakin Noyanberyan rayonunun Vaskepar kəndində (Əskipara) yaşayan ermənilərə bu ərazinin Azərbaycan Respublikasının yurisdiksiyasına keçəcəyi bildirilib", - deputat bildirib.